KANAL24.AZ
Az Iw En Ru

Metroda əl qumbarası partladı: Yaralılardan biri öldü (YENİLƏNDİ)

Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.

Bu barədə İsveç polisi məlumat yayıb.

Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.

***

Bu gün İsveçin paytaxtı Stokholmda metro stansiyasında partlayış baş verib.

Partlayışa səbəb əl qumbarası olub.Partlayış nəticəsində 60 yaşlı kişi və 45 yaşlı qadın yaralanıb.

Partlayış yaralanan şəxslərdən birinin yerdəki cismi götürən zaman baş verib. Partlayışdan sonra metro və ətrafı polis tərəfindən əhatəyə alınıb.


02:10 08.01.2018
Xəbər lenti
Bütün xəbərlər