KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ƏN SÜRƏTLİ FOTOKAMERASI: saniyədə 5 milyon kadr çəkir

İsveçdə dünyanın ən sürətli fotokamerası yaradılıb.

Bu kamera saniyənin 0,2 trilyonunda şəkli çəkir. İsveçin Lund Universitetinin alim qrupu bu aparatı hazırlamaqla rekord vurub. Bu fotoaparat saniyədə 5 milyon kadr çəkə bilir.

Fotoaparat daha çox peşəkarlara lazım olacaq. Çünki onun vasitəsilə təbiətdə baş verən fiziki və kimyəvi prosesləri anbaan çəkmək mümkün olacaq. İsveç alimlərinin bu icadı yeni alqoritmlər əsasında işləyir: o, bir şəkildə cismin bir neçə təsvirini tuta bilir, sonra isə kompüterdə videoslayd kimi təsvirin müxtəlif formalarını görmək olur.


01:20 08.01.2018
Xəbər lenti
Bütün xəbərlər