KANAL24.AZ
Az Iw En Ru

Əsəd ordusu 8 günə 5 general itirdi

Bəşər Əsədin ordusu 8 günə 5 general itirib.

Bu gün "Hepard" ləqəbli Heydər Həsən dünyasını dəyişib.

Onun ölümünə səbəb Suriyanın Xarasta şəhərindəki hərbi bazalardan biri uğrunda döyüşdə ağır yaralanması olub. Həsənlə bərabər Xarastadakı döyüşlərdə general İbrahim Yunus Dabraxa da qətlə yetirilib.

Bundan öncə terrorçularla döyüşlərdə daha üç briqada generalının - Həbib Məhrəz Yunis, Məhəmməd Cenad və Əli Diopun həlak olduğu xəbər verilmişdi.


22:42 07.01.2018
Xəbər lenti
Bütün xəbərlər