KANAL24.AZ
Az Iw En Ru

Ekspert: Ərdoğanın Fransa səfəri Türkiyəyə böyük dividentlər qazandıra bilər

Bir müddətdir siyasi gündəmdə yer alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfəri reallaşdı. Türkiyə lideri Fransa mətbuatına müsahibəsində ölkəsinin rəsmi Parislə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırdı. Ərdoğan 15 illik hakimiyyət dövründə Fransanın üç prezidenti ilə görüşdüyünü dedi.

Analitiklər Rəcəb Tayyib Ərdoğanın Fransa səfərini Türkiyənin Avropa siyasətində yeni bir mərhələ kimi dəyərləndirirlər. Siyasi ekspert Arzu Nağıyev  Fransa səfəri Türkiyənin Avropa İttifaqına yolunu açacaq bir addımdır. Eyni zamanda, Fransa və Türkiyə prezidentlərinin görüşündə mühüm müzakirə mövzusu Yaxın Şərqdəki siyasi və hərbi münaqişələrdir.

Rəcəb Tayyib Ərdoğan səfərdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makronla görüşünün böyük siyasi önəmə malik olduğunu deyib. Bu da Türkiyənin Avropa Birliyinə daxil olmasının gündəmə gətirilməsidir. Ancaq Almaniya açıq şəkildə bunun əleyhinə çıxır.

Arzu Nağıyev qeyd edir ki, Almaniyanın Türkiyəni Avropa Birliyindən görmək istəməməsinin ən başlıca səbəbi rəsmi Berlinin bu təşkilatda siyasi, hərbi və iqtisadi gücünü itirmək qorxusu ilə bağlıdır. Çünki Türkiyə NATO-da lokomotiv dövlətlərdən biri olduğunu təsdiqləyib.

Ekspertin fikrincə, Ərdoğanın Fransa səfəri Türkiyəyə böyük dividentlər qazandıra bilər. Bu özünü əsasən iqtisadi və hərbi sahədə göstərəcək. Bir nüansı da qeyd etmək lazımdır ki, Fransa və ABŞ NATO-ya üzv ölkələr olsa da, onlar arasında son zamanlar siyasi fikir ayrılığı yaranıb. ABŞ-ın Yaxın Şərq siyasəti Fransa tərəfindən qəbul olunmur. Bu səbəbdən rəsmi Paris Ankaranı özünə daha yaxın müttəfiq hesab edir. Türkiyə də bu siyasi yaxınlıqdan istifadə edib Avropa siyasətini gücləndirə bilər.


05:18 06.01.2018
Xəbər lenti
Bütün xəbərlər