KANAL24.AZ
Az Iw En Ru

Sabah güclü yağış yağacaq

Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.
 
Rayonlarda yanvarın 2-də yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir.
 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti təşkil edəcək. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

00:36 02.01.2018