KANAL24.AZ
Az Iw En Ru

Təhsil Nazirliyinin keçmiş əməkdaşı ilə bağlı məhkəmə başladı

Dələduzluqda təqsirləndirilən həkim Samirə Mansurova və Təhsil Nazirliyinin keçmiş əməkdaşı Aytəkin Bağırovanın apellyasiya məhkəməsi başlayıb.

Hər iki şəxs vətəndaşlardan işə düzəltmək adı ilə 60 min manat alaraq mənimsəməkdə ittiham ediliblər. S.Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib, A.Bağırova isə 2007-2010-cu illər ərzində Təhsil Nazirliyində “dərslik-nəşriyyat” şöbəsində işləyib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Mansurova 8 il, A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan A.Bağırova məhkəmə zalında həbs edilib.

Adıçəkilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılıb. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Baxış iclası dekabrın 28-nə təyin edilib. 


17:27 15.12.2017