KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan şəhid verdi – YENİLƏNİB

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.

O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

***

 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Füzuli Süleyman oğlu şəhid olub.

Bu barədə  MN-dən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbir diləyir!


19:24 14.12.2017