KANAL24.AZ
Az Iw En Ru

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırdı

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir.

 Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.

Ali nominasiya

İlin məşqçisi - Qurban Qurbanov

Nominasiyalar üzrə qaliblər bunlardır:

İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti

İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu

İlin futbolçusu – Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı

İlin komandası (futbol və digər) - “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

Xüsusi mükafatlar:

Tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə - ALOV və TESS çayı

Fəxri fərman - Futbol+ 20

İlin idman verilişi - 3-cü hissə 

İlin fəal fotoqrafı - Firudin Səlimov

İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi


02:11 14.12.2017