KANAL24.AZ
Az Iw En Ru

Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı

Bu ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 477 min 908 nəfər olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il ölkəmizə daha çox Rusiya vətəndaşları səfər edib. Bu ölkədən Azərbaycana 790 min 258 nəfərin səfər etdiyi bildirilib:

“Ölkəmizə Gürcüstandan 488 min 269, İrandan 340 min 702, Türkiyədən 275 min 147, Birləşmiş Ərəb Əmirliklərindən 87 min 215, İraqdan 58 min 259, Ukraynadan 53 min 583, Səudiyyə Ərəbistanından 32 min 644, digər ölkələrdən isə 351 min 831 nəfər səfər edib”.

Nazirlikdən bildiriblər ki, xarici vətəndaşlar daha çox iyul ayında səfər ediblər. Həmin ayda ölkəmizə 313 min 515 nəfər gəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələrin İran, BƏƏ, Rusiya olduğu vurğulanıb.

Qeyd edək ki, 2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 64 min 224 nəfər təşkil edib ki, bu da bu ilin müvafiq dövrü ilə müqayisədə 413 min 684 nəfər çoxdur.


00:58 12.12.2017