KANAL24.AZ
Az Iw En Ru

Bakıda yeznə-qayın davası: Qan töküldü

Bakıda qayın yeznəsinə və onun atasına odlu silahdan atəş açıb.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Məlumata görə, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Tanrıverdiyev Vüsal Tufan oğlu Ramana qəsəbəsində yaşayan yeznəsi Rəsulov Anar Vaqif oğlunun yaşadığı evə yollanaraq orada ona ov tüfəngi ilə atəş açıb. A.Rəsulov yaralanıb. Hadisə zamanı evdə olan A.Rəsulovun atasının da xəsarət aldığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


20:20 11.12.2017