ATV-də keçirilən "Vayn şou"nun qalibi məlum olub.
Yarışmanın qalibi əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad İsgəndərov olub. O, şəxsi İnstaqram hesabında yarışma ilə bağlı təəssüratlarını bölüşüb:
"Bu gün dostluq qalib gəldi. Bu iki ay ərzində bəzən məyus oldum, bəzən sevindim, amma ən böyük uğurum sizin sevginizi qazanmaqdır. Hər birinizə təşəkkür edirəm".