Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazlı Abdulla Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.