KANAL24.AZ
Az Iw En Ru

Könül Kərimovanın qızına verdiyi cehizin qiyməti: bu məbləğə ev almaq olar

Dünən "5/5" verilişinin qonağı bu yaxınlarda qızına səs-küylü toy edən xanım müğənni Könül Kərimova olub.

Kanaıl24  xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal Könül Kərimovaya suallar ünvanlayıb.

Aparıcı ilə xanım müğənninin dialoqunu təqdim edirik:

  • Vaxtı ilə məşhur müğənnilərdən kimi evində saxlamısan?

- Məsələn, son illər yadımdadır ki, Damla bizdə qalıb. Hamı bilir ki, mən onu çox istəmişəm. Başqa yadımda deyil, qalan olmayıb.

  • Ay Könül xanım, mənəm, Zaur. Tanıyırsan məni? Məni tanıyırsan, sənin yaddaşın silindi birdən-birə? Pisdir ki, o.

- Həqiqətən, yadımda deyil ha. Heç kim! Olsa deyərəm, burada nə var ki.

РЕКЛАМА
 
 
  • Toydan yaxşı çıxdın, yoxsa yox? Kişi qızı kimi toydan nə qədər pul qaldı?

- Toya kimi o qədər pul xərcləmişdik ki. Toyda yığılanla da elə xərci-borcu ödədik. Qəpik-quruş qaldı. O toy mənə bu dəqiqə yuxu kimi gəlir.

  • Olubmu ki, toya çağırdığın müğənnilərdən kimsə gəlmədi və onun üstündən xətt çəkdin?

- Yox. elə şey olmadı. Burada olmayan var idi, Brilliant xanım Bakıda deyildi toy günü. 

  • Qızına neçə minlik cehiz verdin? 50-60 minlik olar? Evi hədiyyə etmisən, bilirəm. 

- Olar təxminən. Cehiz hələ də gedir yavaş-yavaş.

  • Qızın köçəndən sonra evdə oturub, kövrəldin, ağladın?

- Qız getməyib hələ, bizdədir. Toy qurtarmır hələ. Oğlan toyu qalır, bu, qız toyu idi. 


17:48 08.12.2017