KANAL24.AZ
Az Iw En Ru

Ərdoğan açıqladı: O adam siyasətdən gedəcək

Kamal Kılıçdaroğlu siyasətdən gedəcək.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Muş şəhərində baş tutan konfransda çıxışı zamanı deyib.

“Gedəcək Kamal bəy. Məktəbi bitirən hər kəs qarşısındakı kağızları oxuduqda məsələnin başqa cür olduğunu anlayar. Bu adam oxuduğunu da anlamır. Nə deyək, kasetlə gələn, sənədlə gedər”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl CHP sədri K. Kılıçdaroğlu partiya toplantısında Ərdoğan və yaxınlarının xaricdə müxtəlif hesablara qeyri-qanuni şəkildə külli miqdarda pul köçürdüyünü iddia etmişdi.


04:12 04.12.2017
Xəbər lenti
Bütün xəbərlər