KANAL24.AZ
Az Iw En Ru

Koreyada qayıq batdı: Prezident məsələyə qarışdı

Cənubi Koreyaya məxsus 9.8 ton ağırlığındakı balıqçı qayığının İnçxon sahillərində yanacaqdaşıyan gəmi ilə toqquşması nəticəsində batıb.

Cənubi Koreyanın Sahil Mühafizəsi hadisə nəticəsində qayıqda olan 22 nəfərdən 13-nün həlak olduğunu, 2 nəfərin itkin düşdüyünü bildirib. 7 nəfər isə xilas edilib.

İtkin düşənlərin xilas edilməsi üçün ölkə prezidenti Mun Ji İn əməliyyatara başlanılması əmrini verib.

Xilasetmə əməliyyatlarına 14 gəmi və 4 helikopter cəlb olunub.

Rəsmilər qəzanın başvermə səbəblərini öyrənmək üçün qayığın toqquşduğu yanacaqdaşıyan gəminin heyətini dindirirlər.


20:18 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər