KANAL24.AZ
Az Iw En Ru

Coşua Spinner Azərbaycana səfər edib

Ronald S.Lauder Fondunun icraçı vitse-prezidenti və baş direktoru Coşua Spinner Azərbaycana səfər edib.Spinner Bakıda "Hesed Gerşon"yəhudi xeyriyyə mərkəzini ziyarət edib.Mərkəzin rəhbəri Şaul Davudov qonaqlara təşkilatın fəaliyyəti, Stmegi Fondunun və prezidenti German Zaxaryayevin şəxsən mərkəzə göstərdiyi dəstək barədə məlumat verib.
Davudov Spinnerə Azərbaycanda dağ yəhudilərinin yerləşdiyi Qırmızı Qəsəbə haqqında,Yəhudilərin Azərbaycandakı həyat tərzləri, adət əmənələrini saxlamaqları, azərbaycanlılarla yəhudilər arasında dostluq qardaşlıq əlaqələri haqqında danışıb .Fondun baş direktoru "Hesed Gerşon "Mərkəzinin işindən razı qalıb.Bakı şəhərinin ravvini, "Vaad le Atçala"təşkilatının rəhbəri Şmuel Simantovun və müavini Zamir İsayevin müşayətilə qonaq, şəhərdə yerləşən yəhudi məktəbinə,gürcü-yəhudi sineqoquna və qadınlar mikvasına baş çəkib.
Səfər cədvəlinin vaxt azlığından Spinner Qırmızı Qəsəbəyə baş çəkə bilmədiyindən, bunu növbəti dəfə Azərbaycana gəlişində edəcəyini vəd edib.
Stmegi mətbuatına verdiyi müsahibədə Spinner bildirib ki :"Mənim buraya gəlməkdə məqsədim məşhur "vaad le Atçala" yəhudi məktəbini görmək idi.Mən bu məktəb haqqında çox eşitmişdim və özüm şəxsən görmək istədim .Mən Bakıya gəldikdə bu şəhərin necə gözəl və rahat şəhər olduğunun şahidi oldum.Burada yəhudilərin sayı az olsa da, həyat tərzləri çox yaxşıdır."

17:33 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər