KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən bahalı almazı İsraildə emal olunacaq

Dünyanın ən böyük və ən bahalı,813 karat olan Constellation almazının ilk emalı İsraildə Ramat Qan Diamond birjasında olacaq.Bu unikal daşqaşın emalı İsrail şirkəti olan Diamond Laser Systems tərəfindən yeni Synova lazer aparatı ilə yerinə yetiriləcək.

Birjanın rəhbəri Yoram Dvaş bildirib ki, Synova Lazer Microjet texnologiyası almazın emalını maksimal dəqiqliklə təmin edir.O bu təcrübəyə yalnız israilli mütəxəssislərin malik olduğunu xüsusilə qeyd edib. Constellation Almazı 2015 -ci ildə Kanadada, Bostvananın Lucara Diamond şirkəti tərəfndən tapılıb.Sonra auksiona qoyularaq 63,1 milyon dollara satılıb.Almazın hal hazırki sahibi Diamond Jevelery house de Grisogono almazdan iki-325 və 100 karatlıq brilyant düzəldirməyi planlaşdırır.Qeyd edək ki, bu almaz 1988-ci ilin ən böyük seçilən Centenary almazını keçərək, dünyanın D rəngli ən böyük brilyantı olmaq şansı vardır.Hal hazırda dünyanın ən böyük almazı Cullinan almazıdır.O 1905-ci il,yanvarın 25-də tapılıb.Onu tapıldığı çayın sahibi Tomas Kullinanın şərıfinə adlandırıblar.Daşın karatı 3106,75 (621,35 qr), ölçüləri 100×65×50mm-dir.


17:32 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər