KANAL24.AZ
Az Iw En Ru

İsrail alimləri narın faydalarını isbat etdi

 İsrail dünyada narın müalicəvi xüsusiyyətlərini elmi dərəcədə öyrənən ölkələrdən biridir.Hayfadakı Technion universitetinin alimləri narın qanda xolestrol səviyyəsini aşağı salma gücünə malik olduğunu isbatlayıblar.

Narın antikonserogen və iltihaba qarşı xüsusiyyəti də vardır.Əgər siz narın dənələrinə görə onu xörəklərdə istifadə etməkdən çəkinirsinizsə, bilməlisiniz ki, əslində ən faydalı olan polifenol onun yemədiyiniz ağ dənəciyindədir.Bütün il boyu nardan istifadə etmək lazımdır.Bunun üçün beş səbəb göstərə bilərik: 1).Ateroskleroz riskini azaldır.Rambam xəstəxanasın aoarılan araşdırmalar göstərir ki, hər gün 50 ml nar şirəsi verilən şəkərli diabed xəstələrində qanın oksidləşməsi 50 faiz azalıb. 2). Xərcəngə qarşı riski azaldır.Araşdırmalardan aydın olub ki,nar şirəsi ən çox prostat xərçəngi, döş xərçəngi, bağırsaq və ağ ciyər xərçənginə qarşı effektlidir. 3).İdman performansının artırmaöa kömək edir.Belə ki, nar nitratlarla zəngindir, qan dövranını yaxşılaşdırır, yorğunluğu azaldır.4) İltihabı azaldır .Nar suyundan müntəzəm istifadə etmək CRP indeksinin əhəmiyyətli dərəcədə azalda bilir.Ən çox da mədə bağırsaq iltihabında xüsusilə təsbit edilib. 5).Qan təzyiqini aşağı salır.Tədqiqatlar nar şirəsinin qan təzyiqi üzərində müsbət təsir etdiyini göstərir.İki həftə boyunca hər gün 150 ml nar şirəsi istifadə edən təzyiq xəstlıərində qan təzyiqinin aşağı düşdüyü isbat edilib


17:30 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər