KANAL24.AZ
Az Iw En Ru

İsraildə tütün məhsulları ilə bağlı YENİ QƏRAR

Bazar günü Nazirlər komissiyası tərəfindən tütün məmulatlarının 21 yaşına qədər şəxslərə satışına qadağa layihəsinə baxılacaq.Hal hazırda İsraildə 18 yaşından yuxarı gənclərə siqaret satılır.Layihənin müəllifi Likud partiyasının deputatı və daha 20 millət vəkili tərəfindən təsdiq olunub.

Layihə Həkimlər Dərnəyi tərəfindən də dəstəklənib.Onların apardığı araşdırmalar göstərir ki ,siqaret çəkənlərin 80 faizi 20 yaşlarında buna vərdiş etməyə başlayırlar.Araşdırmalar həmçinin, həddi büluğa çatmamış gənclər üçün siqaretləri 21 yaşlı şəxslərin aldığını göstərir. "Kalkalist" qəzeti yazır ki ,həkimlərin hazırki tədqiqatları Konnektikut ştatının Nidham şəhərində aparılır.Orada 2005 -ci ildə 21 yaşına qədər siqaret satışı qadağan olunmuşdu və hazırda gənclər arasında sigaret çəkənlərin sayının iki dəfə azaldığı müşahidə olunur. Siqaretlə mübarizə hərbi hissələrdə də aparılır.Müşahidə olunub ki ,əksəriyyət gənclər əskəri xidmətə başlayarkən siqaretə vərdiş verir.Keçən ilin yayında İDF- nin tibbi xidməti orduda siqaret satışını qadağan etmişdi.Lakin hələ də hərbi bazalarda siqaret satışı tələb olunan məhsullar sırasındadır.Buna tezliklə son qoyulacağı bildirilib.


17:28 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər