KANAL24.AZ
Az Iw En Ru

Netanyahu:"Cinayətkarlar cəzasın çəkəcək"

İsrailin baş naziri Binyamin Netanyahu noyabrın 30-da Aradda terrorçular tərəfindən qətlə yetirilən 19 yaşlı Rona İçhaq Kukianın ailəsini başsağlığı verib.

Baş nazir deyib ki :"Təhlükəsizlik qüvvələri terrorçunun axtarışı ilə məşğuldur.Cinayətkarlar öz cəzalarını cəkəcəklər .Biz əlimizdən gəldikcə terrorla mübarizə aparacağıq .Rona İçhaq Kukianın ruhu şad olsun." İsrailin prezidenti Reuven Rivlin də mərhumun ailəsinə başsağlığı verərək qeyd edib ki :"Terrora başını qaldırmağa imkan verməyəcəyik ,biz bundan sonra ona qarşı daha güclü və qətiyyətlə mübarizə edəcəyik." Kukia ailəsinə həmçinin Müdafiə naziri Aviqdor Liberman və digər İsrail siyasətçiləri də başsağlığı veriblər."Nahal"briqadasında qulluq edən cavuş Kukia bu gun saat 12-də Kiryat Şaul hərbi məzarlığında dəfn ediləcək.


17:17 03.12.2017
Xəbər lenti
Bütün xəbərlər