KANAL24.AZ
Az Iw En Ru

Efraim Zuroff Azərbaycanda yaşayan dağ yəhudilərindən danışdı

İsrailin görkəmli tarixçisi, Simon Wisenthal Mərkəzinin Yerüssəlim şöbəsinin rəhbəri Efraim Zuroff, Stmegi .com portalına verdiyi eksklüziv müsahibəsində bildirib ki :"İsrail və Azərbaycan arasında çox müsbət münasibətlər mövcuddur və bu müsəlman-yəhudi münasibətləri qarşılıqlı anlaşmanın unikal modelidir.

Mən Azərbaycanda heç olmadığım üçün, oradakı yəhudi cəmiyyəti ilə tanış olmamışam .Yaxın zamanda ora getmək istəyirəm." Zuroff qeyd edib ki, o Sovet İttifaqında öz azadlıqları uğrunda mübarizə aparan yəhudi icmaları ilə çox maraqlanıb və onlar haqqında məqalə yazıb.O Dağ yəhudilərinin tarixini yaxşı bildirini söyləyib.Lakim Azərbaycandakı dağ yəhudiləri cəmiyyəti ilə tanış olmadığını bildirib.Antisemitizm haqqında danışan tarixçi qeyd edib ki, son illərdə bir çox ölkələrdə anti yəhudi hadisələrin böyüməsi, yəhudilərə və yəhudi təşkilatlarına hücum, fiziki zorakılıq aktual problemə çevrilib .Tarixçi hesab edir ki, ABŞ-da antisemitizm səviyyəsi Avropaya nisbətən daha aşağı olsa da, əhəmiyyətli olaraq qalmaqdadır və narahatlıq yaradır.Zuroff bildirib ki:"Təəssüflər olsun ki, antisemitizm hər yerdədir, ancaq son dövrlər böyüməsi qərb demokratiyasında xüsusilə fərqlənir və cinayətkarlarln cızasız qalması əslində antisemitizmin yeni bir dalğasını meydana gətirir". İran-İsrail qarşıdurması mövzusundan danışan Zuroff, sünni ölkələrin İrana təhlükə kimi baxmalarını və İsraili təhlükəsiz və əməkdaşlıqda maraqlı olduqlarını bildirib.O qeyd edib ki :"Lakin bu əməkdaşlıqların həmin ölkələrlə İsrail arasında sülh və harmoniya yaradacağını gələcək göstərəcək ".


22:44 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər