KANAL24.AZ
Az Iw En Ru

Ukraynalı nazir Netanyahu ilə görüşdü

Noyabrın 26 -27 si, İsraildə rəsmi səfərdə olan Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin yəhudi dpvlətinin aparıcı siyasətçiləri ilə görüşüb.

Ukraynanın XİN mətbuatlnın məlumatına görə, Klimkin baş nazir Binyamin Nitanyahu, İsrail prezidenti Reuven Rivlin, Müdafiə naziri Aviqdor Libermanla, həmçinin Ticarət və İqtisadi əməkdaşlıq üzrə Ukrayna-İsrail birgə hökumətlərarası Komissiyasının həmsədri, İsrailin Ekologiya naziri Zeev Elkinlə görüşüb.Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.Ukrayna Xİ naziri İsrailli həmkarlarına Donbasdakı vəziyyət barədə məlumat verib və İsrail tərəfinə beynəlxalq arenada, xüsusən də noyabrın 14 -də BMT nin Baş Assambleyasının Üçüncü Komitəsinin "Krım Muxtar Respublikasında və Sevastopolda İnsan Hüquqlarının vəziyyəti "səsverməsi zamanı Ukraynanı dəstəklədiyi üçün təşəkkür edib.Müzakirə olunan əsas məsələlərdən biri də, dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlıqda Ukrayna və İsrail arasında Azad Ticarət Sazişinə dair danışıqlar prosesinin başa çatması olub.Bu, Pavel Klimkinin Zeev Elkinlə görüşündə qeyd olunub.Ukraynalı qonaq dövlətlər arasında əməkdaşlığın aktual məsələlərini İsrailin XİN müavini Tsipi Hotoveli, XİN baş direktoru Yuval Rotem, Knessetin spikeri Yuli Edelşteyn, vitse-spiker Tali Ploskov və Maarif naziri Naftali Bennet ilə müzakirə edib .Səfər çərçivəsində Pavel Klimkin "Yad va Şem " xatirə kompleksini, Fəryad Divarını, Herçl dağını ziyarət edib,Yerüssəlim Patriarxı 3 -cü Teofillə görüşüb.Ukrana nümayəndı heyəti İsrailin aparıcı tədqiqat və istehsal şirkətlərinin ofislərinə, həmçinin Yerüssəlim Universitetinin Texnologiya mərkəzinə baş çəkib.


22:27 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər