KANAL24.AZ
Az Iw En Ru

13-cü övladını dünyaya gətirdi.

38 yaşlı qadın Aleksandra Ryasiçenko 13-cü övladını dünyaya gətirib. Qadının dünyaya gətirdiyi uşağının çəkisi 3 kloqram 100 qram, boyu isə 50 santimetr olub.
Ailədə böyük uşaqlar kiçik bacı və qardaşların həm dərslərində, həm də başqa işlərində kömək edirlər. 
Uşaqlardan Timofeyin 16, Angelanın 15, Markın 14, Fridanın 9 Polinanın 7, Susannanın 6 yaşı var. Nadya və Daniel isə hələ körpədirlər. Üç otaqlı evdə yaşayan 13 uşaqlı ailə bütün çətinliklərə baxmayaraq xoşbəxtdirlər. 
Atası İvan Ryasiçenko deyir ki, onların ailəsində hamı xoşbəxtdir. Baxmayaraq ki, böyük ailə ilə üç otaqlı mənzildə yaşayırlar. Həyat yoldaşı Aleksandra isə 2016-cı ildə “Qəhrəman ana” adına layiq görülüb. Uşaqların atası ümid edir ki, onların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün aidiyyatı qurumlar köməklik edəcəklər. 
Aleksandra isə: “Əgər Allah verərsə, yenə dünyaya uşaq gətirməyə hazıram”- deyərək ümidli danışıb. 
 
Moderator.az xarici mediaya istinadən adi çəkilən ailənin fotolarını təqdim edir. 

00:21 28.11.2017
Xəbər lenti
Bütün xəbərlər