KANAL24.AZ
Az Iw En Ru

"Bali"-də kritik durum - "Qırmızı xəbərdarlıq" elan edildi -VİDEO

İndoneziyada Bali vulkanı ən kritik mərhələyə çatıb. 
 
Agung dağında hündürlüyü 4000 m (13100 fut) çatan dumanın yayılmasından sonra Bali yaxınlığında göylərdə vulkan külü təhlükəsi barədə "qırmızı xəbərdarlıq" verilib.
 
Bu barədə İndoneziyanın fəlakətlərin azaldılması agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, püskürmənin nə zaman baş verəcəyi məlum deyil.  
 
Vulkanla əlaqədar 57 min nəfər təxliyə edilib. 
 
Səlahiyyətlilər, bəzi yerlərdə məskunlaşanlara maskalar paylamağa başlayıb.
 
Adanın əsas hava limanı indi normal fəaliyyət göstərir, amma bəzi hava yolları uçuşları ləğv edib. Vulkan külü təyyarə mühərriklərinə zərər verə bilər.

 

 


06:34 27.11.2017
Xəbər lenti
Bütün xəbərlər