KANAL24.AZ
Az Iw En Ru

Kərimdən Pərvin Abıyevanı söyən kişilərə sillə kimi təhqir

Müğənni Kərim Abbasov “Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər” deyən aktrisa Pərvin Abiyevaya dəstək olub.

Aktrisa Pərvin Abıyevanın “Hürriyet” qəzetinə müsahibəsi zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bir çoxları aktrisanın dedikləri ilə razılaşmasa da, ona dəstək çıxanlar da var. Onlardan biri də müğənni Kərim Abbasovdur. İfaçı aktrisaya dəstək olaraq bunları deyib:

“Mənim Pərvin xanımla salamım yoxdur. Amma bir qadını bu qədər vurmaq olar? Bir qadına bu qədər təhqir yazmaq olar? Bir qadını bu qədər sındırmaq olar? Axı o xanımdır… Azərbaycan xanımıdır. İnsan deyib ki, Azərbaycan kişisi kobuddur. Heç kimin anasını, bacısını, nəslini söyməyib ki? Qadınlar ona qarşı pis rəy yazanda hardasa başa düşərəm. Ola bilsin qısqanırlar. Amma kişilərin təhqir yazmağını, var – yox söyməsini başa düşə bilmirəm. O nə söyüşlərdir? Adınızı kişi qoymusunuz. Deməli belə çıxaır ki, xanım nə deyibsə düz deyib? Azad Azərbaycan Respublikasında hər kəsin azad söz söyləməyə haqqı var. Bu artıq kobudluq deyil, vəhşilikdir. Qabağa qedəni vurmaq görümüşdüm, amma bu qədərin yox. Mən haqqın tərəfindəyəm. Azərbaycan xalqına düşmən lazım deyil. Özümüz özümüzü yeyirik. Pərvinə Allah səbr versin”.

Картинки по запросу kərim

Kərim sonra Pərvini ittiham edənləri təhqir edib:

“Qadına elə təhqir yazan kişilər, kişiliyinizə tullanım”.


04:35 26.11.2017