KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda narkomanlar üçün xəstəxana yaradılır

Azərbaycanda narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsi yaradılacaq.

Yeni tibb müəssisəsi qapalı rejimdə fəaliyyət göstərəcək.

Tibb müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni - “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı fəsil qüvvəyə minəcək.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.


20:26 24.11.2017