KANAL24.AZ
Az Iw En Ru

Kəbədə şəkil çəkmək qadağan olundu

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kəbədə və Mədinədəki Nəbavi məscidinin daxilində, ibadətxanaların ətrafındakı açıq və qapalı məkanlarda foto və video çəkilişini qadağan edib.

Kanal24 xəbər verir ki, sözügedən qadağa media nümayəndələrini də əhatə edir. Krallıq qadağaya əməl etməyən şəxslərin foto və video çəkən cihazlarının əllərindən alınacağını və onlara hüquqi müdaxilə ediləcəyini elan edib.

Səudiyyə Ərəbistanının müqəddəs məkanları qorumaq baxımından belə bir addım atdığı bildirilir.


23:54 23.11.2017