KANAL24.AZ
Az Iw En Ru

"Toy adətlərimiz vəhşilik əmsalına görə liderdir”

4-5 saat içində 12-15 çeşid keyfiyyəti və müddəti şübhəli yeməyi, əsasən zirzəmilərdə kustar üsulla doldurulan spirtli və spirtsiz içkiləri kiçicik bir mədəyə sığışdırmaq, qəsdən yaradılmış səs terrorundan infarkta hazırlaşmaq, musiqi zövqünü alt-üst edən bağırtı ilə oxuyan manısların cibini pulla dolduran, toy sahibinə dəstək vermək yerinə, şadlıq evlərini zənginləşdirmək xalqımızın illərdir davam edən müqəddəs bir ritualıdır və adam kimi toy edib şənlənməyə qarşı toplumsal bir allergiya mövcuddur.

Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Məhərrəm ayı bitdi:

“Bu ay içində baş verən bir sıra cəhalət, xurafat, vəhşilik nümunələrindən xeyli yazdıq. Ancaq həmişə qeyd edirəm ki, Allah bu ayı xalqımıza bir nemət olaraq verib. Yəni siz kədərlənməyə daha çox layiqsiniz. Çünki bu aydan sonra başlayan toy adətlərimizin vəhşilik əmsalına görə dünyada tayı-bərabəri yoxdur. Bu cəmiyyət nədən zərərli olan hansısa vərdişlərdən uzaqlaşmağa qərar verə bilmir? Çəkmişəm, çəkəcəyəm, içmişəm, içəcəyəm, yemişəm, yeyəcəyəm!.. Ən acınacaqlısı da budur ki, adam “düşünmürəm, düşünməyəcəyəm!” deyir. Yeməyiniz bol, mədəniz gen olsun! Toylara hazırlaşaq. Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər”.


19:25 23.11.2017