Əməkdar artist, tanınmış aktyor İlqar Cahangir seriallardakı obrazlarına görə tamaşaçıların qınağına tuş gəlib.
Aktyor hətta bir dəfə az qala avtobusda döyüləcəyini də deyib:
Bir dəfə də yenə “Pərvanələrin rəqsi” serialındakı roluma görə 55-60 yaşında bir kişi mənə yaxınlaşıb, ehtiyatlı olmağımı məsləhət gördü. Əvvəlcə anlamadım. Sonra deyəndə ki, sizin saxladığınız qadınla həkimdən ehtiyatlı olun, sizə pislik etməyə hazırlaşırlar, onda hər şeyi başa düşdüm. Həmin şəxs filmin təsirindən çıxa bilməmişdi. Çox həyəcanlı idi, elə bilirdi ki, mənə həyatda da pislik edəcəklər. Başa saldım ki, narahat olmayın, heç nə edə bilməzlər, bu, obrazdır. Həyəcanla israr edirdi ki, yox e, özünüzü qoruyun, sonra gec olacaq”.