KANAL24.AZ
Az Iw En Ru

Səudiyyə kralı gedir - oğlu kral olacaq - FOTO

Səudiyyə Ərəbistanını kralı Salman ibn Əbdül Əziz ibn Əbdürrəhman əl Səud taxt-tacını tərk edir.

82 yaşlı kral taxtını 32 yaşlı oğlu Məhəmməd bin Salmana həvalə etməyə hazırlaşır.

Kral qərarını bir həftə sonra açıqlayacaq və oğlunu varis elan edəcək.

Kral Salman taxtı tərk etsə də, "İki müqəddəs məkanın mühafizi" ("Xədim əl Hərameyn əş Şərifeyn") titulunu qoruyacaq və bununla da faktiki olaraq hakimiyyətdə olan səlahiyyətsiz Britaniya kraliçası statusunda olacaq..

32 yaşlı şahzadə Məhəmməd son həftələrdə fəaliyyətini aktivləşdirib. O, noyabrın əvvəlində 4 şahzadəni və 38 sabiq naziri korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində həbs etdirib.

Ekspertlər bu həbslərin həm də şahzadə Məhəmmədin taxta gedən yolda potensial rəqiblərini zərərsizləşdirməsi kimi dəyərləndirirlər.

 

Tacqoyma mərasimindən sonra Səudiyyə Ərəbistanının yeni kralı Məhəmməd əsas diqqəti Yaxın Şərqdə hegemon statusu uğrunda İranla geosiyasi qarşıdurmaya yönəldəcək.

ABŞ son prosesləri tam dəstəkləyir. Belə ki, Birləşmiş Ştatların prezidenti Dolanld Tramp Səudiyyə Ərəbistanında rəsmi səfərdə olanda Ər-Riyaddakı "Ritz Carlton" otelində qalmış, şahzadə Məhəmmədlə görüşmüş və bağlı qapılar arxasında danışıqlar aparmışdı.

Səudiyyənin kral ailəsində və hakimiyyət dairələrində həbslərin də bu görüşdən sonra başlanmasını təsadüf saymaq yanlışlıq olardı.


17:02 17.11.2017
Xəbər lenti
Bütün xəbərlər