KANAL24.AZ
Az Iw En Ru

Stmegi Fondu və Zaxaryayev Sergey Vaynşteyni yad etdi

Stmegi Fondunun prezidenti German Zaxaryayev öz şəxsi facebook səhifəsində Dağ Yəhudiləri cəmiyyətinin fəallarından olan Sergey Vaynşteynin xatirəsinin yad edilməsi haqqında paylaşım edib.
Zaxaryayev "Bu həftə biz Stmegi Fondunda, mənim dostum və həmkarım Sergey Vaynşteyni yad etdik.Noyabrın 15 -də 68 yaşı olacaqdı.Mən onunla tanış olanda, mənə həqiqətən də çox bacarıqlı və aktiv bir şəxs kimi təsir etmişdi.O, dağ yəhudilərinin cəmiyyətində yaşanan bir sıra problemlərə toxunaraq, onları həll etmək üçün mənə bir neçə fikir təklif etmişdi.Onun müsbət enerjisi mənim çox xoşuma gəlmişdi.Bizim tanışlığımızın nəticəsində, 2001 -ci ildə Fondumuz yarandı.Əlbəttə ki, biz təkbaşına həll etməmiz üçün çətin olan qlobal məsələlərlə üzləşdik.
Mən Sergey İvanoviçi digər Dağ yəhudiləri nümayəndələri ilə, o cümlədən, onun ideyalarından bəhrələnən Zaur Gilalovla tanış etdim və bu əməkdaşlığımızın prossesində Dağ Yəhudiləri Dünya Konqresi yarandı.
Bu təşkilatın kədərli taleyinə baxmayaraq, biz Sergey Vaynşteynlə icmanın bu işi davam etdirməyə ehtiyacı olduğunu başa düşürdük.Bunun üçün də biz fəaliyyətimizi sürınləndirməyə qərar verdik.Bu gün biz, son gününə qədər yanımızda olaraq işinə sadiq qalan insanın ideyalarını canlandıraraq xatırlayırıq.Həqiqətən də onun bizim aramızda yeri görünür.Ona tanrıdan rəhmət diləyirik."-deyə bildirib.

16:58 17.11.2017
Xəbər lenti
Bütün xəbərlər