KANAL24.AZ
Az Iw En Ru

İsraildə elektrik avtobusları fəaliyyətə başladı

Yəhudi Milli Fondunun ( Keren Kaemet le İsrael)təşəbbüsü ilə 5 elektrik avtobusu Kfar Saba, Raanan və Herçl şəhər əhalisinin istifadəsinə verilib.Onlar Metropolin şirkətinin 29 -cu və 39 -cu marşrutları üzrə fəaliyyət göstərəcəklər ."eBus" avtobusları şəhər sakinlərinin sakitçiliyi və hava çirklənməsinin azalması üçün nəzərdə tutulub.
"eBus"avtobuslarının təqdimatı noyabrın 14 -də keçirilib.Təqdimatda "Himnuta-KKL" şirkətinin baş direktoru Aleks Hefeç, Nəqiyyat Nazirliyinin İctimai Nəqliyyat İdarəsinin direktor müavini Dror Ganon, Raanan şəhərinin bələdiyyə başçısı Zeev Belskiy, Herçlin bələdiyyə başçısı Moşe Fadlon, JNF-KKL tenderinin qalibi elan olunan Metropolin şirkətinin direktoru İlan Karni iştirak ediblər.
Layihənin təşəbbüskarı, "Himnuta-KKL" şirkətinin direktoru Aleks Hefeç çıxışında qeyd edib ki :"Bizim fəaliyyətimizin əsas məqsədi, hər zaman ətraf mühitin qorunması, həyat keyfiyyətinin yaxşılaşdırılması və şəhərlərimizin "yaşıl ağciyərlərinin" genişləndirilməsi olub və belə də davam edəcəkdir.JNF-KKL İsrail şəhərlərində səs küyün və hava çirkliliyinin azaldılmasını özünə hədəf seçmişdir.Biz bu istiqamətdə Nəqliyyat Nazirliyi, Ekologiya Nazirliyi və şəhərlərin bələdiyyə başçıları ilə birlikdə çalışırıq" . Elektrik avtobusları demək olar ki, səssiz hərəkət edir.Onların batareyaları Raanandakı Tedhar xüsusi dayanacağında şarj ediləcəklər.Avtobuslar BYD Çin şirkətinin istehsalıdır.Avtibus 400 at gücündə mühərrikə malikdir, saatda 80 km sürətlə hərəkət edir.

16:40 17.11.2017
Xəbər lenti
Bütün xəbərlər