KANAL24.AZ
Az Iw En Ru

Makedoniyada Azərbaycanı müdafiə edən siyasətçi partiya sədri ola bilər

Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim təmsil etdiyi partiyanın sədr postu uğrunda baş tutacaq konqres seçkilərində iştirak edəcək.

Kanal24 xəbər verir ki bu barədə Publika.az-a məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib:

“Seçkilər noyabr ayının 19-də Makedoniyanın paytaxtı Skopye (Üsküp) şəhərində baş tutacaq. Partiyanın hazırkı sədri Makedoniyanın dövlət naziri, professor Adnan Kahil seçkilərdə iştirak etməyəcək. Onun seçkilərdə iştirak etməməsinin əsas səbəbi partiyada gənclərə yol açmaqdır və partiyanı gəncləşdirməkdir. Hal-hazırda partiyada bir neçə namizəd var. Əsas şanslı namizəd Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim sayılır.

Enes İbrahim Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədridir. Bu yaxınlarda Türkiyədə yüksək səviyyəli görüşlər keçirib. O, eyni zamanda Makedoniya-Azərbaycan əlaqələrinin inkişafına çalışır”.


02:12 17.11.2017
Xəbər lenti
Bütün xəbərlər