KANAL24.AZ
Az Iw En Ru

Məşhur jurnalisti küçənin ortasında döydülər

Məşhur idman jurnalisti Osman Tanburacı küçənin ortasında bir sürücünün hücumuna məruz qalıb.

"Qalatasaray" İdarə Heyətinin üzvü olan Osman Tanburacı tıxac zamanı dialoqa girdiyi şəxsin hücumuna məruz qalıb.

Hər şey də Tanburacının tıxac zamanı həmin şəxsdən maşınını çəkib yol verməsini istədikdən sonra baş verib. Maşındakı o şəxsin sərt cavab verməyi mübahisənin böyüməsinə gətirib çıxarıb. 

Tanburacıya doğru hərəkət edən sürücü yumruq atıb. Çantası və telefonu yerə düşən Tanburacını araya girən vətəndaşlar hadisə yerindən uzaqlaşdırmağa çalışıb.


00:47 16.11.2017
Xəbər lenti
Bütün xəbərlər