KANAL24.AZ
Az Iw En Ru

Lujkov: "Telman İsmayılov adam öldürən deyil"

Moskvanın keçmiş meri Yuri Lujkov əmindir ki, iş adamı Telman İsmayılov qətl törətməyə qadir adam deyil.

"İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O. Biznesdə sülhə meylli insandır".

"Qovorit Moskva" radiosu Lujkovun sözlərinə istinad edib.

 

Bununla belə, Lujkov iş adamı İsmayılovun hazırda nə ilə məşğul olması ilə bağlı sualı cavablandıra bilməyib.

"Onun biznesindən xəbərim yoxdur. İsmayılovun yaratdığı təəssüratla bağlı bildirirəm ki, o, hər zaman öz biznesinin inkişafına çalışıb, kömək əlini uzadıb ki, Moskvada mədəniyyətimiz tama dağılıb getməsin", - deyən Lujkov əlavə edib ki, Telman İsmayılov Rusiya paytaxtının həyatında "çox ciddi müsbət rol" oynayıb.


23:29 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər