KANAL24.AZ
Az Iw En Ru

Ukraynada üzərilərində silah-sursat olan 3 azərbaycanlı tutuldu

Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb.

Axtarış zamanı onların üzərindən qumbara, odlu silah və güllə aşkar edilib.

Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan üç şübhəli şəxsi yaxalamağa müvəffəq olub. Müəyyən edilib ki, avtomobil onlar tərəfindən qonşu Dneprdə oğurlanıb.

 

Azərbaycanlılara qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürüləcək: "Qanunsuz nəqliyyat vasitəsi əldə etmək", "Silah və döyüş sursatı ilə qanunsuz davranma" və "Dələduzluq".


18:34 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər