KANAL24.AZ
Az Iw En Ru

DÇ-2018: Pley-offun son oyunu

Bu gün DÇ-2018-in seçmə mərhələsinin sonuncu pley-off oyunu keçiriləcək.

Danimarka yığması İrlandiya ilə üz-üzə gələcək.

İlk dəfə mundialın pley-offunda oynayacaq danimarkalılar iki dəfə qitə çempionatı üçün həlledici duel həyəcanı yaşayıb. AÇ-2000-ə İsrail üzərində darmadağınla (5:0, 3:0) yüksələn şimallıları AÇ-2016-ya İsveç buraxmayıb. 16 ildən sonra mundiala yüksəlmək istəyən İrlandiya 8-ci dəfə pley-off oynamaqla Avropa rekordçusu olacaq. Bu yığma DÇ-2002, AÇ-2012 və AÇ-2016-ya bu mərhələdəki qələbə ilə yüksəlib. AÇ-1996, DÇ-1998, AÇ-2000, DÇ-2010-da isə irlandiyalıları pley-offda dayandırıblar. 
 
DÇ-2018, pley-off oyunları Avropa zonası, ilk oyunlar


18:22 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər