KANAL24.AZ
Az Iw En Ru

Nadir xəstəlikli qız: "Çox utanıram"

23 yaşlı Sabrina Binns adlı qız nadir xəstəlikdən əziyyət çəkir.

Fouler sindromundan əziyyət çəkən Sabrina təbii ehtiyacını ödəyə bilmir.

Sabrina mətbuata müraciət edərək dərdini jurnalistlərlə bölüşüb, kömək istəyib. O bildirib ki, beyni onun sidik kisəsinə lazımi siqnalları göndərmədiyinə görə hər gün əziyyət çəkir.

Qadın hər gün ağrıdan qıvrıldığını və ağrıları yox etmək üçün gün ərzində 60 ağrıkəsici qəbul etdiyini söyləyib.

 

Hazırda xüsusi aparatla özünü idarə edən Sabrina xəstəliyinin həyatını məhv etdiyini, çox utandığını, əzab çəkdiyini deyib.

 


18:13 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər