KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Prezidenti: AÇG yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək.

Bunu noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident bildirib ki, Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir: "Biz bu tarixi layihəni qonşu ölkələrlə birlikdə reallaşdırdıq".

İlham Əliyev vurğulayıb ki, "Azəri-Çıraq-Günəşli" yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək:

"Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər".


01:44 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər