KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirildi

ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib.

Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.

Eyni zamanda ABŞ prezidentinin xarici siyasət üzrə müşaviri Corc Papadopulosun rusiyalı rəsmilərlə görüş təşkil etmək təklifinin müzakirə edildiyi yığıncaq məsələsi müzakirə olunub. Müşavir S.Miller də dindirilmədə iştirak edib.

 

ABŞ KİV-i Trampın bu ilin əvvəlində C.Komini vəzifəsindən azad etmək istəyini izah etməsiylə bağlı qeydi qələmə alarkən S.Millerin ona yardım göstərdiyini iddia edir. 


23:25 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər