KANAL24.AZ
Az Iw En Ru

FHN: Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib

Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib.

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli "AFEN PLAZA" biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


23:09 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər