KANAL24.AZ
Az Iw En Ru

Əfqanıstan ordusunun helikopterləri bazarı atəşə tutdu: Yaralılar var

Əfqanıstan Silahlı Qüvvələrinin helikopterləri Fərəh vilayətinin şimalında yerləşən kənd bazarını atəşə tutub.

Hadisə nəticəsində dördü uşaq olmaqla 25 dinc sakin yaralanıb.

Hadisə şahidinin sözlərinə görə, atışma başlayan zaman yerli sakinlər səlahiyyətlilərlə əlaqə qurmağa çalışıblar.

 

Vilayət başçısının nümayəndəsi Nasir Mehdi helikopterlərin "Taliban" radikal hərəkatının kənddə yerləşən sığınacaqlarına atəş açdığını iddia edib. O bildirib ki, əməliyyat nəticəsində 8 talib, o cümlədən 3 komandir öldürülüb və yalnız dörd dinc sakin yaralanıb.


22:57 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər