KANAL24.AZ
Az Iw En Ru

"SOCAR Turkey Enerji" "Petkim" üçün İES alacaq

“SOCAR Turkey Enerji” şirkəti kömürlə işləyən 300 meqavat gücündə istilik elektrik stansiyasını (İES) əldə etmək niyyətindədir. Bunu jurnalistlərə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, kömür daha ucuz yanacaq növüdür və buna görə də kömür elektrik stansiyasının əldə edilməsi iqticadi cəhətdən məqsədəuyğundur: “Socar Power” şirkətinin “Petkim” ərazisində 1500 meqavat gücündə 10 illik layihəsi var və tender prosesini, eləcə də layihənin maliyyələşdirilməsini təmin etmək üçün danışıqlar aparılır. Kogeneresiya qurğusunun (Petkojen) tikintisinin ilkin mərhələsi 2016-cı ildə başa çatacaq. Bununla da xərclənən enerjinin 30 faizə qədərini qənaət etmək mümkün olacaq”.

K. avuz qeyd edib ki, 2023-cü ilə Petkim yarımadasının elektrik və buxar enerjisinə tələbatı 4 dəfə artacaq: “Yarımadada elektrik enerjisinin şaxələndirilməsi üçün 51 meqavat gücündə külək ekektrik stansiyası tikiləcək. Layihənin dəyəri 55 milyon avrodur, tikintinin 2016-cı ilin sonuna başa çatması planlaşdırılır”.

O əlavə edib ki, həyata keçirilən layihələr təkcə “Petkim”in elektrik enerjisinə olan tələbatını deyil, həm də onun dövlət tərəfindən reallaşdırılmasına imkan verəcək.


22:16 31.08.2015
Xəbər lenti
Bütün xəbərlər