KANAL24.AZ
Az Iw En Ru

İranın XİN rəhbəri Azərbaycana səfər edəcək

Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək.

İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.

Azərbaycan, İran, Türkiyə üçtərəfli görüşündə regioanl problemlər və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.


23:59 02.11.2017
Xəbər lenti
Bütün xəbərlər