KANAL24.AZ
Az Iw En Ru

Nazir: Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərti var

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı əməliyyat şirkəti yaradılacaq. O şirkət hansı məhsulların necə buraxılacağına qərar verəcək".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır.  Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib", - deyə nazir bildirib.


20:04 02.11.2017
Xəbər lenti
Bütün xəbərlər