KANAL24.AZ
Az Iw En Ru

31 nəfər 9945 manat cərimələndi

Doqquz ay ərzində atmosfer havasının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər barəsində 137 akt və 31 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib.

Kanal24 azərtac-a istinadən xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

Bildirilib ki, ümumilikdə, 31 nəfər 9945 manat məbləğində cərimələnib, ətraf mühitə dəymiş ziyana görə 27 fakt üzrə 31 min 798 manat məbləğində iddia qaldırılıb və 1250 müəssisə və təşkilata 247 min 235 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 15 iş göndərilib.


00:15 01.11.2017
Xəbər lenti
Bütün xəbərlər