KANAL24.AZ
Az Iw En Ru

Gömrükdə 77 qutu papiros aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Kanal24-ə verilən məlumata görə, yoxlama zamanı, yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


19:26 31.10.2017
Xəbər lenti
Bütün xəbərlər