KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə bağlı baş anestezioloq ifadə verəcək

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlınınölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Kanal24 APA-ya istinadən xəbər verir ki, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynov vəsatətlə çıxış edib.

O, prosesdə əlavə şahid qismində Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov, Sumqayıtın baş cərrahı Rəfiəli Novruzov və tibb mərkəzinin əməkdaşlarının dindirilməsini istəyib. Vəkil qeyd edib ki, həmin şahidlərin iştirakı ilə ekspertiza rəyləri araşdırılmalıdır: "Tibb mərkəzinin əməkdaşları da dəvət edilsin, onlar əməliyyatdan sonra Arzunun oyanmasını görüblər".

Məhkəmə vəsatəti təmin edib.


19:44 26.10.2017
Xəbər lenti
Bütün xəbərlər