KANAL24.AZ
Az Iw En Ru

SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. 

S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.


02:41 26.10.2017
Xəbər lenti
Bütün xəbərlər