KANAL24.AZ
Az Iw En Ru

Lənkəranskinin adamları həbs olundu: “Lotu Quli”nin “sağ əli”ni öldürdülər

Rusiyanın Sankt-Peterburq şəhərində ötən il İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin adamları tutulub.

Kanal24 yenicag.az-a istinadən xəbər verir ki, Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun ötən gün azadlığa buraxılan “Lotu Quli”nin “sağ əli” sayılan Elşən Məmmədovun qətlinə görə həbs edildikləri bildirilir.

Qeyd edək ki, Elşən Məmmədovun "Lotu Quli"nin ən amansız “cəllad”larından olduğu deyilir. O, sentyabrda Gürcüstanın paytaxtı Tbilisidə Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxıb, avtomobilinə tərəf gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.

Xatırladaq ki, “Lotu Quli” həbsdən çıxdıqdan sonra Elşən Məmmədovun məzarını ziyarət edib.


01:22 26.10.2017
Xəbər lenti
Bütün xəbərlər